Prezident Yaponiya imperatoruna başsağlığı verdi


14:31     17 Aprel 2016 ilham%20eliyev53.jpg

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Yaponiyada baş vermiş zəlzələ nəticəsində insan tələfatı ilə əlaqədar Yaponiyanın imperatoru Əlahəzrət Akihitoya başsağlığı verib.


Femida.az-ın məlumatına görə, dövlət başçısı Yaponiyada baş vermiş zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Prezident İlham Əliyev faciə ilə əlaqədar imperatoru Əlahəzrət Akihitoya, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Açar sözlər:

Oxunub: 819