Yaponiya və Rusiya sülh müqaviləsi imzalayacaq


15:06     17 Aprel 2016 yaponiya5.jpg

Yaponiya və Rusiya arasında sülh müqaviləsinin imzalanması üçün yaxın vaxtlarda yüksək vəzifəli rəsmilərin görüşünün keçirilməsi barədə razılıq əldə edilib.


Femida.az xəbər verir ki, həmin danışıqların mayda keçirilməsi nəzərdə tutulan baş nazir Şinzo Abe ilə prezident Vladimir Putinin görüşündən sonra təşkil olunması planlaşdırılır.

Bu barədə razılıq Yaponiyanın xrici işlər naziri Fumio Kişidanın onun rusiyalı həmkarı Serqey Lavrovla aprelin 15-də Tokioda keçirilən görüşündə əldə edilib.

F.Kişida bildirib ki, bu görüş yüksək səviyyəli siyasi dialoqa hazırlıq üçün mühüm addımdır. S.Lavrov isə öz növbəsində, ikitərəfli münasibətlərin bütün istiqamətlərdə dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Açar sözlər:

Oxunub: 1057