Qafqaz strategiyası ilə bağlı konfrans keçiriləcək


15:24     17 Aprel 2016 qafqaz.jpg

Aprelin 19-da Moskvada Rusiya Strateji Təhqiqatlar İnstitutunda (RSTİ) “Rusiyanın Qafqazda strategiyası qlobal çağırışlar və təhdidlər kontekstində” mövzusunda illik konfrans keçiriləcək.


Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda RSTİ-nin ekspertləri, Azərbaycan, Gürcüstan, Cənubi Osetiya, Abxaziya, Ermənistan nümayəndələri Rusiyanın Cənubi Qafqazda siyasətinin hərbi-siyasi aspektləri, Rusiyanın Böyük Qafqazda strategiyasının əsas istiqamətləri, ekstremizmlə kollektiv mübarizə imkanları və digər mövzularda müzakirə aparacaqlar.

Tədbirdə Aərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov “Azərbaycan-Rusiya münasibətləri müasir mərhələdə”, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Abbas Əliyev “Avropa Birliyi, yaxud Avrasiya Birliyi: hansı inteqrasiya Cənubi Qafqazda münaqişlərin həllinə kömək edəcək”, Rusiya XİN-i yanında Diplomatik Akademiyanın aparıcı elmi işçısi Əli Mustafabəyli “Azərbaycanda millətlərarası münasibətlər”, siyasi analitik İlqar Məmmədov “Cənubi Qafqazın Rusiya üçün geosiyasi əhəmiyyəti” mövzularında məruzələrlə çıxış edəcəklər.

Açar sözlər:

Oxunub: 1054