Tehranda parad keçirildi - VİDEO


17:39     17 Aprel 2016 herbi%20telim3.jpg

İranın paytaxtı Tehranda ölkənin Milli Ordu Günü münasibəti ilə silahlı qüvvələrinin ənənəvi paradı keçirilib.


Femida.az xəbər verir ki, tədbirdə prezident Həsən Ruhani çıxış edib. Çıxışını təbrik nitqi ilə başlayan Ruhani, İranın düşmənlərinə xəbərdarlıq da edib:" Silahlı qüvvələrimiz İran İslam Respublikasına zərbə vurmağa çalışan istənilən əli kəsəcək. İran ordusunun, böyük “altılıq” ilə ölkəmizin nüvə probleminə dair müqaviləyə heç bir aidiyyəti yoxdur. Ordumuz bizi və ölkəmizi hər an təcavüzdən qorumağa hazırlaşır".

Ruhani bildirib ki, ölkəsinin düşmənləri İran xalqı, hakimiyyəti və ordusu arasındakı əlaqəni sındıra biləcəklərini düşünürlər: “Ancaq belə düşünənlər səhv edirlər. Biz hamımız yumruq kimi birlikdə hərəkət edirik".



Prezidentin çıxışından sonra İran İslam Respublikasının banisi Xomeyninin məqbərəsinin yerləşdiyi rayon meydanından 1980-1988-ci illərdə İran-İraq müharibəsi iştirakçılarının karvanı keçib. Onların ardınca isə hərbi qüvvələrin müxtəlif növləri paradda iştirak ediblər. Meydan üzərində isə İran Hərbi Hava Qüvvələrinin MİQ-29, F-5, F-4C "Qarabasma" qırıcılarından ibarət qrupu, hərbi-nəqliyyat təyyarəsinin zərbə endirici vertolyotları müxtəlif manevrlər ediblər.

Göstərişdə qeyd edilənlərdən başqa digər hərbi texnikalar- o cümlədən BMP 2 və T-72 tankları, piyada döyüş maşınları, özüyeriyən artilleriya silahları, artilleriya idarəetmə stansiyaları, S-200 və, Rusiyadan ötən həftə alınan S-300 zenit raket sistemləri və hava hücumundan müdafiə sistemləri və müxtəlif növ pilotsuz uçuş aparatlarının və patrul katerləri də nümayiş etdirilib.

Parad zamanı üzərində İran bayrağının rəngi olan paraşütlədə desantlar meydana eniş ediblər.

Tədbirin keçirilməsi ilə əlaqədar yerli vaxtla 07:30-dan 11:30-a qədər yaxınlıqdakı İmam Xomeyni adına beynəlxalq Mehrabad aeroportunda aviareyslər ləğv edilib.



Açar sözlər:

Oxunub: 2363