Doha görüşünə 18 ölkə qatılacaq


19:00     17 Aprel 2016 doha%20gorusu.jpg

Azərbaycan da daxil olmaqla, neft hasilatının dondurulmasının müzakirə ediləcəyi Dohadakı görüşdə iştirak etmək üçün 18 neft hasil edən ölkənin nümayəndəsi Qətər paytaxtına gəlib.


Bunu Ekvadorun Qətərdəki səfiri Abisaab Neme açıqlayıb.

A. Nemee görüşdə neft hasilatının dondurulması barədə razılaşmanın imzalanacağını təsdiqləyib.

Qeyd edək ki, proqrama əsasən Dohada görüşün saat 8:45-də başlaması nəzərdə tutulsa da, son anda Səudiyyə Ərəbistanının xahişi ilə görüş günün ikinci yarısına təxirə salınıb. /apa/

Açar sözlər:

Oxunub: 1094