OPEC-in toplantısı nəticəsiz başa çatdı


03:30     18 Aprel 2016 opec-dvlknd%20ıkj38ac28c8.jpg

Qətərin paytaxtı Dohada neft istehsal edən ölkələrin iştirakı ilə hasilatın “dondurulması” məsələsi üzrə keçirilən görüş nəticəsiz başa çatıb.



Femida.az-ın məlumatına görə, toplantıda eyni formatda növbəti görüşün cari ilin iyununda keçirilməsi razılaşdırlıb.

Fevralın 16-da Dohada Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela arasında görüş baş tutub. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə "dondurulması" ilə bağlı təklif irəli sürüb və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırmışdılar.

Qeyd edək ki, görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib. Azərbaycanı görüşdə energetika naziri Natiq Əliyev təmsil edib.

Açar sözlər:

Oxunub: 1543


Oxşar xəbərlər