Cəbhədə 137 mina zərərsizləşdirildi


03:41     18 Aprel 2016 1460824096.jpg

Cəbhəyanı kəndlərdə bu gün partlamamış hərbi sursat (PHS) aşkarlanıb.



Femida.az-ın məlumatına görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 17-də Tərtər, Goranboy və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

Hesabata əsasən, aprelin 17-də Agentlik tərəfindən 10 ev, 8 otlaq sahəsi, 22 partlayış yeri, 18 400 kv.m. ərazi yoxlanılmış və 1 partlamamış hərbi sursat aşkar edilərək götürülüb.

Ümumilikdə, Agentlik tərəfindən 07-17 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 270 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış kecirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

Açar sözlər:

Oxunub: 865