Bəşər Əsəd qalib gəldi


13:10     18 Aprel 2016 esed4.jpg

Suriyanın Seçki Komissiyası aprelin 13-də hökumətin nəzarəti altında olan ərazilərdə keçirilən parlament seçkilərində Baas partiyasının (Ərəb Sosialist Dirçəliş Partiyası) qalib gəldiyini elan edib.


Seçki Komissiyasının məlumatına görə, Baas partiyası və onun müttəfiqləri tərəfindən tərtib olunan vahid siyahıda adı yer alan 200 namizədin hamısı parlamentə daxil olub. Deputatların ümumi sayı 250 nəfər təşkil edir. Belə olan halda, Bəşər Əsəd yenidən özünə parlamentin tam dəstəyini təmin edə bilib.

Müxalifət bu seçkiləri baykot etməyə çağırıb. Eyni zamanda BMT də seçkilərin nəticələrini tanımır və yaxın 18 ay ərzində Suriyada parlament və prezidentin yenidən seçiləcəyinə ümid bəsləyir.

Baas partiyası 1963-cü ildən hakimiyyətdədir, onun baş katibi isə Suriya prezidenti Bəşər Əsəddir.

Açar sözlər:

Oxunub: 1177