Xəbərdarlıq: şəhərin şimal girişi bağlanır


17:08     18 Aprel 2016 giris.jpg

Aprelin 18-də axşam saat 22:00-dan aprel 19-u səhər saatlarınadək Bakının şimal girişində, Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında təmir-bərpa işləri aparılacaq.


Azəravtoyol ASC-dən Femida.az-a verilən məlumata görə, təmir-bərpa işləri yolun sağ kənar iki hərəkət zolağında aparılacaq. Buna görə həmin zolaqlarla avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Avtomobil yolunun sol kənar iki hərəkət zolağı ilə isə avtonəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Bakı şəhərinə doğru istiqamətdə olan avtonəqliyyat vasitələri həmin iki hərəkət zolaqları ilə maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər.

Təmir-bərpa işləri zamanı yarana biləcək müvəqqəti narahatlığa görə “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 1030