Milli Məclisdə Hesablama Palatası haqda açıqlama olacaq


15:49     14 Aprel 2015 cms-image-000000709.jpg

Milli Məclis növbəti iclasını keçirir.

Parlamentdən verilən məlumata görə, iclasında gündəliyinə 4 məsələ daxil edilib:

1. Azərbaycan Respublikasının Miili Məclisi yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi haqqında.

2. Birləşmiş Millətlər Təşkilatının "İqlim dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair Kioto Protokolu"na Doha Düzəlişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. "Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiya"ya (KOTİF) qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4. "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

5. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.

6. "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Açar sözlər:

Oxunub: 662