Möminlər üçün yeni “iPhone”


20:59     18 Aprel 2016 iphone0.jpg

“Cavier” şirkəti pravoslav və müsəlmanlar üçün yeni “iPhone”u təqdim edib.


Femida.az-ın “gazeta.ru” saytına istinadən məlumata görə, yeni ixtiranın yaradıcıları hesab edir ki, bu smartfon möminlərin hisslərini təhqir etmir.

Yeni kolleksiya iki variantda təqdim edilib. “iPhone”un birində Müqəddəs Nikolayın, digərinin üzərində isə Məkkədəki Məscid-ül-Haramın görüntüləri mövcuddur.

Məkkəyə həsr olunmuş telefon isə iki variantda istehsal edilib: platinium və qızılı örtüklü telefonlar. Platium örtüklü telefon dini inanclarına görə qızıl istifadə etmək istəməyən müsəlmanlar üçün nəzərdə tutulub.

Qızılı örtüklü telefonun qiyməti təxminən 2 945 dollar təşkil edir. Onun yaddaş həcmi 64 Geqabayt təşkil edir. 2870 dollara isə analoji əməliyyat yaddaşı imkanlarına malik platin örtüklü smartfon əldə etmək mümkündür.

Femida.az

Açar sözlər:

Oxunub: 1923


Oxşar xəbərlər