FHN-dən yanğınla bağlı - AÇIQLAMA


03:50     14 İyun 2015 foto%20iki.jpg

FHN Bakıda yaşayış binasında yanğın hadisəsi ilə bağlı məlumat yayıb


Fövqəladə Hallar Nazirliyi Bakıda üçmərtəbəli yaşayış binasında yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Femida.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə :09-da daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası hadisə yerinə saat 17:12-də çatıblar.

Yanğın zamanı üçmərtəbəli yaşayış binasının damında tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan dəhlizin, mətbəxin və sanitar otağının yanar konstruksiyaları 42 kv.m sahədə yanıb.

Yüksək temperaturdan tavan 35 kv.m sahədə qarsalanıb. İki otaq yanğından mühafizə olunub.

Yanğın saat 17:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 870