Çunayevə qızıl medalı prezident təqdim edib


05:20     13 İyun 2015 prezzdd.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Oyunlarında 71 kiloqram çəki dərəcəsində qalib gələn güləşçilərin mükafatlandırma mərasimində iştirak edib.


Femida.az xəbər verir ki, ölkə başçısı bu çəki dərəcəsində çempion olan idmançımız Rəsul Çunayevə qızıl medalı təqdim etdi.

Dünya Güləş Birliyinin prezidenti Nenad Lalovic isə mükafatçılara xatirə hədiyyələri təqdim etdi.

Sonra Azərbaycanın dövlət himni səsləndirildi.

Qeyd edək ki, güləşçimiz Rəsul Çunayev finalda Macarıstan idmançısı Balint Korpası ilə görüşdə 4:2 hesabı ilə qalib gələrək I Avropa Oyunlarının qızıl medalına sahib olub.

Açar sözlər:

Oxunub: 333


Oxşar xəbərlər