Zorlamada şübhəli bilinən şəxs intihar etdi


02:19     15 İyun 2015 64095.jpg

Hadisə Rusiyanın Volqoqrad şəhərində baş verib


Rusiyanın Volqoqrad şəhərində zorlamada ittiham olunan şübhəli şəxs istintaq təcridxanasında intihar edib.

Femida.az-ın məlumatına görə, 36 yaşlı kişi özünü kamerada asıb.

"Kişi cinsiyyət toxunulmazlığına qarşı cinayətin törədilməsində şübhəli bilinərək saxlanmışdı və onun barəsində həbs imkan tədbiri seçilmişdi", - deyə Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Saxlanılan şübhəli şəxs kamerada tək olub. Müayinə vaxtı polis onu kamerada ölü aşkar edib. O ölümqabağı üç məktub yazaraq qoyub. Hazırda faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1073


Oxşar xəbərlər