Gürcüstanda matəm elan olundu (VİDEO, FOTO)


01:58     15 İyun 2015 70b27033bcc7.jpg

Gürcüstanda baş vermiş daşqında 12 nəfərin ölümünə görə, 15 iyun matəm günü elan edilib.



Femida.az-ın məlumatına görə, bu haqda Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

"Təəssüf ki, həlak olmuşlar var. Bu böyük faciədir. Həlak olmuşların yaxınlarına və ailələrinə başsağlığı verirəm. Sabah matəm günü elan olunması haqqında Gürcüstan hökumətinin sərəncamı var", - deyə Qaribaşvili bildirib.

Tiflisdə daşqının qurbanlarının sayı 12 nəfərə qədər artıb , onlarla ailə evsiz qalıb.

"Tiflisdəki kadrları görəndə ürəyim partlayır. Təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm"- bu sözləri Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ölkəsindəki fəlakətə münasibət bildirərkən deyib.

Saakaşvili qeyd edib ki, Ukraynanın daxili işlər naziri Arseni Avakovla telefon əlaqəsi saxlayıb, Gürcüstana yardım etməyin mümkün olub-olmadığını soruşub: "O, mənə dedi ki, Ukraynanın fövqəladə xidməti Gürcüstana yardım etməyə hazırdır".




Açar sözlər:

Oxunub: 1038