Oqtay Əsədov müxalif partiyalara cavab verdi


20:46     14 Aprel 2015 lxPM0R9EjE2w.jpg

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında spiker Oqtay Əsədov Azərbaycanın bəzi müxalifət partiyalarının ilk Avropa Oyunları ilə bağlı mövqeyinə münasibət bildirib.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, Milli Məclisin deputatı Siyavuş Novruzovun bu partiyaların mövqeyinin parlamentdə müzakirə edilib qiymət verilməsi təklifinə münasibət bildiriən O.Əsədov həmin partiyaların fəaliyyətinə artıq qiymət verildiyini qeyd edib:

“Bunlara artıq qiymət verilib. Ermənilər idman oyunlarında iştirak edəcəklər, bu insanlar isə oyunlara qarşı çıxırlar. Pis çıxmasın, bunlar ermənilərdən də

"Bunlar ermənilərdən də Azərbaycana qarşı pisdirlər"

Azərbaycana qarşı pisdirlər. Bunun nəyini müzakirə edəsən? Ehtiyac varmı buna? Bu, millət üçün artıq bəllidir”.

S.Novruzov ilk Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma kampaniyasının gücləndiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın anti-milli qüvvələri də bu kampaniyaya dəstək göstərir, ölkəmizi sevməyən qüvvələrin, erməni lobbisinin sifarişlərini yerinə yetirirlər: “Hesab edirəm ki, biz bu məsələni Milli Məclisdə müzakirə edib qiymət verməliyik”.

Femida.az

Açar sözlər:

Oxunub: 858