Rusiyanın ən zəngin məmur arvadı azərbaycanlıdır


03:02     22 Aprel 2016 azerbaycanlii%20en%20zengin%2021%20aprel.jpg

Rusiya KİV-ləri ölkənin ən varlı məmur arvadlarının adlarını açıqlayıblar.


İlk pillənin sahibi azərbaycanlı Zümrüd Rüstəmova olub - Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkovoçin həyat yoldaşı.

Onun 2015-ci il üzrə gəlirləri 141 milyon 903 min rubl təşkil edib.

İkinci yerdə Hökümət Aparatının rəhbəri Serqey Prixodkonun arvadı - 132 milyon 609 min rubl, üçdə isə Rusiyanın baş nazirinin birinci müavini İqor Şuvalovun həyat yoldaşı qərarlaşıb. Onun gəlirləri 92 milyon 463 min rubl təşkil edib.

Qeyd edək ki, Zümrüd Rüstəmova 1970-ci ildə dünyaya gəlib. O, Moskva dövlət iqtisadiyyat və statistika institutunu bitirib.

11 avqust 2000-ci ildə hazırki Rusiya baş nazirinin müavini Arkadi Dvorkovoçlə ailə həyatı qurub. Üç uşağı var - Pavel, Vladimir və Denis.

Hal-hazırda Z.Rüstəmova Rusiyada qızıl istehsalı ilə məşğul olan Polimetal dağ-mədən şirkətinin baş direktorunun müavinidir.

Qeyd etmək lazımdır ki, Zümrüd Rüstəmova əslən Dərbənddən olan azərbaycanlıdır. (Oxu.az)

Femida.az

Açar sözlər:

Oxunub: 2890