Lavrovun İrəvanda səsləndirdiyi ziddiyyətli ifadələr - ŞƏRH

Lavrovun İrəvanda səsləndirdiyi ziddiyyətli ifadələr - ŞƏRH


18:32     22 Aprel 2016 uzn_1450942045.jpg

`Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün İrəvanda verdiyi açıqlamalar ondan xəbər verir ki, Rusiyanın münaqişənin ədalətli həlliylə bağlı yeni planı və ya təklifləri yoxdur. Lavrovun İrəvana səfərindən çıxan başqa bir nəticə bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun ilkin şərt irəli sürmədən azad olunması məqsədilə Kremlin İrəvana təzyiq etmək fikri yoxdur`.


Femida.az xəbər verir ki, bu sözləri `Atlas` Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu deyib.

Analitikin sözlərinə görə, Lavrov Azərbaycana heç bir formada sərf etməyən fikirlər səsləndirib:

`Lavrov İrəvanda deyib ki, Kazan prinsipini Ermənistan rədd etməyib. Lavrovun sözlərindən belə çıxır ki, Ermənistan rədd etməyibsə, danışıqların ikinci tərəfi – Azərbaycan rədd edib. Lavrov daha sonra deyib ki, ATƏT sədri olan Almaniya münaqişənin həllində fəallıq nümayiş etdirməlidir. Almaniya fəallıq nümayiş etdirməlidirsə, onda Rusiyanın təkbaşına vasitəçiliyi nəyə lazımdır? Rusiya xarici işlər nazirinin Azərbaycan üçün daha bir ziyanlı fikri budur: “Cəbhə bölgəsindəki insidentləri araşdırmaq lazımdır”. Rusiyaya bu lazımdırsa, Azərbaycana lazım deyil. Çünki, işğalçı Ermənistanın daima təzyiq altında saxlanılmasının yolu Azərbaycan ordusunun cəbhə bölgəsindəki üstünlüyündən keçir`.

Açar sözlər:

Oxunub: 4218