İran ABŞ-a ağır su satacaq


03:20     24 Aprel 2016 amerika-iran--bayraq__1438769940.jpg

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi dünən bildirib ki, nüvə razılaşması üzrə müştərək komissiyanın (Bərcam) başlanmasından öncə Ərak nüvə zavodundan istehsal edilmiş 32 ton ağır suyun satılması ilə bağlı İran, Atom Enerjisi üzrə Benəlxalq Agentlik (Magate) və Amerikanın bir şirkəti arasında müqavilə imzalanıb.


Femida.az “İsna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə bu müqaviləyə əsasən İran Ərak nüvə zavodunda istehsal edilmiş 32 ton ağır suyu Amerikaya satacaq.
Bu müqavilənin dəyərinin 8 milyon 600 min dollar dəyərində olduğu deyilir. Nüvə məhsulunun gələn həftə ABŞ tərəfinə təhvil verilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1162