Saakaşvili fəlakətdən yazdı: “Ürəyim dağlanır”


15:55     15 İyun 2015 sa3889467.gif


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ölkəsinə yaşanan fəlakətdən dəhşətə gəldiyini bildirib.

Femida.az xəbər verir ki, Ukraynanın Odessa vilayətinin hazırki qubernatoru Mixail Saakaşvili ölkəsində yaşanan sel və daşqın fəlakətilə bağlı özünün Facebook-dakı səhifəsində bunları bildirib:

”Tbilisidəki kadrları görəndə ürəyim dağlanır. Ölənlərin ailələrinə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

M.Saakaşvilinin sözlərinə ki, o, Ukraynanın daxili işlər naziri Arseni Avakovla Gürcüstana yardım etməyin mümkün olub-olmadığı barədə müzakirələr aparıb. Ukrayna hökuməti Gürcüstana humanitar yardım göstərməyə hazır olduğunu bildirib.

Açar sözlər:

Oxunub: 3094