Bakıda ağır qəza - 4 yaralı


18:43     15 İyun 2015 qəzaaa.jpg

Bu gün saat 11 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.


Femida.az-ın Suraxanı rayon Polis İdarəsi 33-cü polis bölməsindən aldığı məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində hərəkət edən "Prado" markalı maşınla "VAZ-21015" markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü ağır yaralanıblar. Bundan başqa, "VAZ" markalı maşında olan 2 sərnişin də ağır yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Verilən məlumata görə, "VAZ" markalı maşının sürücüsünün vəziyyəti nisbətən ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1064