Ermənilərin dağıtdığı mülki evlər - FOTOLAR


15:57     26 Aprel 2016 ev15.jpg

Ötən gecə ermənilərin minaatanlardan və iri çaplı silahlardan atəşə tutması nəticəsində cəbhənin Tərtər rayonunun yaşayış məntəqələrinə xeyli ziyan dəyib.


Tərtər rayon İcra Hakimiyyəti ziyan dəyən evlərlə bağlı araşdırmalara başlayıb.

İlkin məlumata görə, ümumilikdə 7 yaşayış məntəqəsində 20 fərdi evə ziyan dəyib.
Taxıl və əkin sahəılərinə, həyətyanı təsərrüfatlara mərmi düşüb.

Rayonun Qaynaq kənd sakini Cəfər Bəylərovun evi də mərmi partlaması nəticəsində qəzalı vəziyyətə düşüb.

Ev sahibləri evdə olmadığına görə xəsarət alan olmayıb.

Yaşayış məntəqələrinin elektrik, rabitə, su xətlərinə də ziyan dəydiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün ermənilərin ötən gecə Tərtəri minaatanlardan və iri çaplı silahlardan atəşə tutmaları barədə məlumat yayıb. Bildirilib ki, nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur.

Hazırda cəbhənin Tərtər istiqamətində vəziyyətin stabil olduğu, Azərbaycan Silahlı Bölmələrinin əməliyyat şəraitinə nəzarət etdiyi açıqlanıb. /apa/

Açar sözlər:

Oxunub: 1443