Ermənistanda öldürülən rus əsgərin xidmət yoldaşı həbs edilib


21:21     15 İyun 2015 rus.jpg


Ermənistanın Gümrü şəhərində Rusiyanın 102 saylı hərbi bazasında xidmət edən İvan Novikov adlı əsgərin öldürülməsi ilə bağlı bir nəfər saxlanılıb.

Femida.az-ın “News.am” saytına istinadən verdiyi məlumata əsasən, bu barədə baza rəisinin şəxsi heyətlə iş üzrə müavini Aleksey Polyuxoviç jurnalistlərə deyib.

O bildirib ki, saxlanılan şəxs müqavilə əsasında bazada xidmət göstərən əsgər olub: “Müstəntiqlər onun ifadəsini alırlar. Adını açıqlaya bilmərəm”.

A.Polyuxoviç baş vermiş hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Açar sözlər:

Oxunub: 996