“Dünyada böhranların sayı artır” - İSESCO baş katibi


21:50     26 Aprel 2016 tuceyri.jpg

“Sivilizasiyalararası dialoqun alternativi yoxdur”


APA-nın məlumatına görə, bu sözləri İSESCO-nun baş katibi Əbdüləziz Əl Tüveycri BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Dostlar Qrupunun yüksək səviyyəli iclasında deyib.

Onun sözlərinə görə, sivilizasiyalararası dialoqun alternativi yoxdur: "Hazırda ayrı-seçkilik və ədalətsizlik tendensiyalarına qarşı mübarizə aparmalıyıq. Terrorçuluğa yol açan səbəblərlə mübarizə aparmalıyıq. Çalışmalıyıq ki, dünyanı bu kimi böhranlardan qoruyaq. Qlobal forum bizi sülhə səsləyir. Bunları dinləməklə və tədbirlər görməklə, etnik ayrı-seçkiliyin və irqçiliyin tam qarşısını almış oluruq. Həll yollarını tapmalıyıq ki, gələcək nəsillər sülh şəraitində yaşasın. Azərbaycan qlobal foruma ev sahibliyi edir. Bu ölkə ilə, onun səyləri ilə həmrəyik. Erməni işğalına qarşı həmrəyik. Erməni işğalçılarının ərazidən çıxarılmasını dəstəkləyən 4 BMT qətnaməsi var. Bu qətnamələri həyata keçirməklə daha təhlükəsiz ərazilərə nail olacağıq. XXI əsrdə bu cür hadisələr qəbuledilməzdir. Son münaqişələr çoxsaylı insan tələfatına səbəb olub, insanlar ölkələrini tərk edib. Problemlərin həlli və həll variantlarının tapılması üçün müxtəlif məsələləri nəzərdən keçirməliyik".

Açar sözlər:

Oxunub: 821