Rus əsgəri Ermənistanda güllələndi- 18+


19:35     15 İyun 2015 1399366050_bezymyannyy.jpg

Gümrüdə 102-ci bazanın rus əsgəri “Anam Ermənistan” abidəsinin önündə güllələnib.


Femida.az xəbər verir ki, onun meyidi bu gün səhər saatlarında tapılıb və şəxsiyyəti müəyyənləşdirilib. Öldürülən rus əsgəri İvan Novikovdur. Bədənində çoxsaylı deşilmiş güllə yaralarının izi aşkar edilib. Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Soni Truzyan mətbuata açıqlamasında bildirib: ”Rusiyaya məxsus 102-ci hərbi baza Ermənistanın Gümrü ərazisində yerləşir. O,127-1 motoatıcı diviziyanın tərkibində formalaşıb. Bununla bağlı Rusiya Silahlı qüvvələri ilə 1992-ci il avqustun 21-də ilə müqavilə imzalanıb. 1995-ci ilin martın 16-dan baza Ermənistan hissəsində yerləşdirilib.Rusiyanın prezidenti Dmitri Medvedyevin 2010-cu ildə Ermənistana rəsmi səfəri zamanı müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1967