Bakıda qaz olmayacaq


15:31     15 Aprel 2015 763450_453737.jpg


Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, qaz xətlərinin yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarına, həmçinin Motodrom yaşayış massivinə, M.Rəsulzadə və Biləcəri qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 584