“Bir millətin ki, fəxri porno ulduz ola...” Qadın idmançıdan ermənilərə cavab (FOTOLAR)


15:31     27 Aprel 2016 2074.jpg

Məni orduya dəvət etsələr fikirləşmədən gedərəm.


Femida.az Poverliftinq üzrə respublika çempionu Aytən Mir-Əliyeva ilə müsahibəni təqdim edir:


Müsahibimizi öz dilindən tanıyaq.

- Ziyalı ailəsində anadan olmuşam. Atam Fərəcov Həmid biologiya üzrə elmlər namizədi, anam Fərəcova Vəzduhə əməkdar kimyaçı olub. Qardaşım Elşən Fərəcov rəssamlıq akademiyasını bitirib, indi də rəssamdır. Uşaqlığım zəngin keçib. Demək olar ki, ailədə heç nədən korluq çəkməmişəm. Dayım Hüseynov Cavanşir 80-ci illərdə Azərbaycanın Tikinti naziri olub. Uşaqlığım Kamran Bağırovun qucağında keçib. Bundan başqa digər böyük siyasətçilərin də qayğısını görmüşəm. Hər şey demək olar ki, ürəyimcə olub.

- Təhsilinizi necə, harada almısınız?

- İlk təhsilim tibb sahəsində olub. Ginekologiya üzrə. Bundan sonra hüquqşünas təhsili aldım. Ancaq bu iki sahədə özümü tapa bilmədim. Bundan əvvəl musiqi təhsili də almışdım. Həyatda nə lazımdırsa hamısının dadına baxmışam.(Red- gülür) Dünyanın hər hansı bir ölkəsində personal treyner kimi çalışa bilərəm.Uzun müddət müxtəlif idman növlərində özümü sınadım, karate və cüdo ilə məşğul oldum. Amma bodibildinqi seçdim və sevdim. "IFBB in Baku"nun rəsmi sertifikatlı diplomçusuyam. Hazırda Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman sarayında şəxsi treyner kimi çalışıram.

- Özünüz də qeyd etdiniz tibb, hüquq və musiqi təhsiliniz var. İdmana qədər bu ixtisaslar üzrə harada çalışmısınız?

Tibb sahəsində demək olar ki, çalışmadım. Nəqliyyat Nazirliyinin Hüquq departamentində, SOCAR-da, Baş Prokurorluqda işləmişəm.Ümumilikdə 25 il bu sahələrdə işləmişəm.






- Baş Prokurorluqda hansı vəzifədə çalışırdız?

8 il Baş Prokurorluqda Müraciətlərə baxılması idarəsində baş prokurorun qəbul işləri üzrə mütəxxəsisi vəzifəsində işləmişəm.

- Aytən xanım, idman və bu sahələr bir qədər ziddiyətli görünür. Necə oldu ki, siz bu addımı atdız?

- Onu qeyd edim ki, uşaqlıqdan idmanla məşğul olurdum. Fikirləşdim ki, özümü ancaq idmanda tapa bilərəm. İşlədiyim işlər məni sıxırdı. Ona görə də qərara aldım ki, ərizəmi yazıb, prokurorluqdan çıxım. Belə də etdim. Bundan sonra birbaşa idmanla məşğul oldum.Bu gün də peşman deyiləm.

- Müsahibənizin əvvəlində qeyd etdiniz ki, uşaqlıq illərinizdə böyük siyasətçilərin ətrafında keçib. Kimləri nəzərdə tutursunuz?

- Atamın əsli Ordubaddandır. Həmin vaxt atamın işlədiyi elmi işlə əlaqədar Naxçıvana getmişdik. Bir müddət uşaqlıq illərimdə Naxçıvanda yaşadıq. Biz uşaqlıq vaxtında məhlədə oynayırdıq. Həmin vaxt rəhmətlik Baba (red- Heydər Əliyevi nəzərdə tutur) gəlib həyətdə otururdu. O vaxt mən balaca idim. Həyətdə oynayan zaman yıxıldım və bərk əzilmişdim. Amma ağlamırdım. Həmin vaxt Baba gəlib, başıma sığal çəkdi və bu sözləri dedi : “ Sən çox böyük adam olacaqsan. Çünki, dözümlüsən”. Bu söz mənim beynimə həkk olunmuşdu. O çox sadə insan idi. Atamgil hamısı ona dəstəyə gedirdi. O insan böyük idi.Elə indi də böyük olaraq yaddaşımda qalıb. O illər çox gözəl idi. Çünki, qonşuluq münasibəti deyilən bir anlam var idi. Bu gün o münasibətlər qalmayıb. Buna çox təəssüf edirəm.







- Aytən xanım, siz xarici görünüşcə həm incə, həm də əzələli xanımsız.Kişilərin sizə münasibəti necədir?

- Mən də bütün xanımlar kimi incəyəm. Qadınlar heç də zəif olmurlar. Tibbi cəhətdən götürək. Qadın bir dəfə uşaq dünyaya gətirməsi bir kişinin bədənində bütün sümüklərin qırılmasına bərabərdir. Amma qadınlar bu ağrıya dözürlərsə, demək qadınlar da güclüdür. Əzələmlə bağlı mənə çox suallar verirlər. İlk öncə bir-iki nəfər mənə baxıb, bəyənmədiyini deyirdi. Amma əksər insanların münasibəti müsbətdir. Mən normal həyatda incə xanımam. Yalnız məşq zalında belə əzələli qadın oluram. (Gülür..) Mənə daha xoşdur ki, mənə həm qadınlar, həm kişilər, həm də balaca uşaqlar nəzər yetirir. Bu mənə xoş təsir edir.

- Bəzən deyirlər ki, kişilər əzələli qadınlarla tanışlıqdan çəkinir. Sizcə bu nə dərəcədə doğrudur?

- Bu fikirlə razı deyiləm. Hisslərin əzələyə heç bir aidiyyatı yoxdur.

- Əzələnizin gücündən istifadə etdiyiniz hallar olurmu?

- Olub. Özü də çox.(Red- gülür) Bir maraqlı hadisəni danışım. 90- cı illərdə bildiyimiz kimi ölkədə vəziyyət gərgin idi. Qızlarla metroda gedirdik. Mən də həmin vaxt Xalqlarda qalırdım. Qızlarla gülə-gülə gedirdik. Həmin vaxt gördük ki, metroda bir qrup oğlan da oturub. Onlar bizə baxırdılar. Qızlar metrodan düşüb gedəndən sonra mən tək qaldım. Xalqlar stansiyasından düşüb, metrodan çıxmaq istəyəndə həmin oğlanlardan biri mənim qolumdan yapışdı. Dedi ki, mənimlə gedək. Buna baxdım və dedim ki, qolumu burax, nə istəyirsən məndən? Gördüm ki, qolumu buraxmaq istəmir. Çıxılmaz vəziyyətdə qalıb, onun boğazından tutub, güclü zərbə ilə vurdum. Başı metronun içində divara dəymişdi. Həmin vaxt elə bidim ki, həyatım məhv oldu. Ölsəydi məni həbs gözləyirdi. Özüm də şokda idim. Bir az qabağa getdim və gördüm ki, uzanıb, amma gözləri açıq idi. Onun yaxasından tutub, ayağa qaldırdım. Üzünə tüpürüb, buraxdım. Dedim bir də kiminsə bacısına, anasına söz atmazsan. Belə hadisələr çox olur.






- Bildiyimizə görə qadınlarla yanaşı, kişilərə də məşq prosesi keçirsiniz. Kişilərlə işləmək sizə çətin deyilki?

- Əslində kişilərlə işləmək daha asandır.Çünki, onlar verilən tapşırıqları daha tez və dəqiq yerinə yetirirlər. Kişilər daha çox əzələ yığmağa və qarının arıqlaması üçün müraciət edirlər. Qadınlar da həmçinin arıqlamaq üçün daha çox müraciət edirlər. Mən məşq prosesində çox ciddiyəm. Ona görə də çalışıram ki, mənə müraciət edən hər kəs nəticədən razı qalsın. Bir dəfə bir qız məşqin ortasında zaldan çıxdı ki, mən yorulmuşam. Həmin vaxt qolundan tutub geri qaytardım ki, qayıt, məşqini sona kimi et. Çünki, burada mənim imicim var. Xidmətim baha olsa da, sonda nəticə verirəm.

- İndiyə kimi məşhur simalardan müştəriləriniz olubmu?

- Mənə müraciət edənlərin əksəriyyəti şəhər əhli və ziyalı insanlardır. Müğənnilərdən, aktrisalardan hələ ki, müraciət edənlər olmayıb. Olarsa, əməkdaşlıq edə bilərik. Amma jurnalistlərdən mənə müraciət edənlər olub.

- Jurnalistlərdən söz düşmüşkən. Yerli mətbuatı izləyirsinizmi? Gündəlik xəbərləri necə əldə edirsiniz?

- Açığı deyəcəm. Mətbuatı çox oxumuram.Ancaq Qarabağla bağlı yazıları oxuyuram. Siyasətlə ümumiyyətlə aram yoxdur. Ancaq, Qarabağla bağlı gündəlik məlumatları feysbukdan oxuyuram.


Məni orduya dəvət etsələr fikirləşmədən gedərəm...


- Qarabağ məsələsinə toxundunuz. Yəqin ki, siz də ordumuzun qələbəsini izlədiniz. Azərbaycan əsgərinə sözünüz nədir?

- Əlbəttə. Onlar mənim üçün yenilməzdir. Bunu görüb sevinməmək olar? Mən belə fikirləşirəm ki, hər şey yaxşı olacaq. Hər atılan addımın arxasında qələbə görürəm. Bir söz deyim sizə. 1996-cı illərdə mən idman zalında İnterpolun uşaqları ilə məşq edirdim. Mənə İnterpolda mühafizə işinə götürmək üçün təklif gəldi. Bu mənim elə uşaqlıq arzum idi. Mən həmin vaxt yaxşı atmağı da bacarırdım. Həm də snayper kimi məni qəbul etmək istəyirdilər. Düzdür mənə evdən icazə vermədilər. Bu gün mənə inanın ki, snayper olsa, bir ermənini də sağ buraxmaram. Buna bacarığım da var. Məni orduya dəvət etsələr fikirləşmədən gedərəm. Düzdür ordumuzda kifayət qədər peşəkar və güclü hərbçilər var. Bu gün bizə ehtiyac qalmır. Amma vətəni müdafiə etmək həm kişinin, həm də qadının borcudur. Bu səbədən məhz ermənini məhv etmək üçün orduya gedərəm.

- Sizin üçün Azərbaycan bayrağı nə deməkdir?

- Bayraq?...(red-Gözləri dolur) Mənim üçün müqəddəs varlıq.Bayraq qalxanda ən möhkəm idmançı belə göz yaşını saxlaya bilməz. Bayraq mənim kimliyimdir. Onu əvəz edən heç bir şeyə olmaz. Bayraq elə Vətən deməkdir...

- Beynəlxalq yarışlara qatılmaq fikriniz varmı?





- 2014-cü ilin noyabrında poverliftinq üzrə (Ağır atletika) Azərbaycan kubokunu qazandım. Sonra belimdən ciddi zədə aldım. Ona görə ağır atletikanı artıq buraxmışam. Amma İslam oyunlarında qol güləşi üzrə yarışlara qatılmaq fikrim var. Artıq məşqlərə başlamışam. Ümid edirəm ki, qələbəm olacaq. Bir söz deyim. İllərimi idmana həsr etsəm də, çox yarışlara çıxmamışam. İmkanlarım böyük olsa da yarışlara qatılmaq istəməmişəm. Ancaq indi fikirləşirəm ki, lazım idi. Mən bir dəfə Poverliftinq üzrə respublika çempionu oldum. Dedim heç olmasa bu qədər ilimi idmana həsr etmişəm, bir adım da olsun.

- Özünüz də qeyd etdiniz ki, ixtisasca həm də hüquqşünassınız. Niyə o sahədən uzaqlaşdız?

- Bilirsiniz mənim xarakterim başqa cürdür. Həyatda haqsızlıqla barışa bilməyən adamam. Həyatda heç kimin haqqına girməyən və haqqıma heç kimin girməsinə icazə verməyən insanam. Hüquqşünaslıq elə bir sahədir ki, orada haqsızlıqlar çox olur. Bəzi məmurlar təyziqlər edirlər. Hüquqşünas gərək hər zaman haqqını deməyi bacarsın. Amma, bu çətindir. Öz hüquqlarımı belə müdafiə edirəm.Özüm özümün vəkiliyəm.(red- gülür) Amma ətrafımda hüquqşünas dostlarım çoxdur. Əjdər müəllim mənə şəxsi işlərimdə vəkillik edib. Onun əziyyətini unuda bilmərəm. Bundan başqa Ellada xanım və digərləri ilə dostluğumuz var.





- İdmançı xanım evdar qadın ola bilirmi?

- Əlbəttə olur. Bunun heç bir maneçiliyi yoxdur. İdmançı qadınlar əksinə təmkinli və səbirli olur. Həmçinin çox təmizkar olurlar. Bəzən deyirlər ki, idmançı qadınların ailəsi alınmır. Bu fikirlə qətiyyən razı deyiləm.


Bir millətin ki, fəxri porno ulduz Kardaşyan ola. Onlara nə cavab verim ki?





- İdmanda və həyatda dostunuz varmı?

- İdmanda bir yaxın dostum var. Ona atam kimi münasibət bəsləyirəm. O mənim şəxsi müəllimim Həci Hikmət müəllimdir. Onun əziyyətini heç zaman unutmaram. İnsan həyatda müəllimindən aldığı dərsi və ibrəti heç vaxt unutmamalıdır. Bu hər kəsdə belə olmalıdır. Çünki, biz atdığımız hər addıma görə müəllimlərimizə borcluyuq. Onları hər zaman dəyərləndirmək lazımdır.

- Bizim bildiyiniz kimi ən böyük məsələmiz ermənilərlə bağlıdır. Onlar sosial şəbəkələrdə təbliğat kimi qadınlardan istifadə edirlər. Buna cavabınız nədir?

- Bəri başdan deyim ki, onları millət kimi tanımıram. Bir millətin ki, fəxri porno ulduz Kardaşyan ola. Onlara nə cavab verim ki? Azərbaycan qadınını onlarla nəyin ki, müqayisə etmək, heç adlarını yanında çəkməyə razı deyiləm. Rinq istəyirlərsə, buyursunlar. Biz onları yerlərinə otuzdurmağa hazırıq. Onlar dünyaya Kardaşyanla çıxırlarsa, bizim idmançı və siyasətdə güclü qadınlarımız var. Biz onlarla özümüzü müqayisə etmirik. Çünki, onların genində problem var. Bir millət ki, qadınlarını osmanlı kişiləri ilə yatızdırıb, nəslini artırıbsa, onlardan nə gözləyirsiz? Əgər erməni ölmək istəyirsə gəlsin bizimlə rinqə. Onlara əzilməyin nə olduğunu göstərək. (Red- Gülür) Artıq ordumuz bir dəfə onlara dərsi verib. İnanmıram bundan sonra özlərinə gəlsinlər.Buradan ordumuza daha möhtəşəm qələbələr arzu edirəm.










Miri Məcidli
Fotolar: Elvin Abdulla
Femida.az

Açar sözlər:

Oxunub: 63708