Çernobla bir də belə baxın - FOTOLAR


15:59     27 Aprel 2016 13101462_773494329453433_517239126_n7.jpg

Azərbaycanlı gənc fotoqraf Orxan Əzimin sərgisi keçirilib.


Femida.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqında keçirilən sərgi Çernobl facisəinin 30 illiyinə həsr edilib. Gənc fotoqraf bu günlərdə Çernobla gedərək bütöv bir sivilizasiyanın necə yoxa çıxmasını lentə köçürüb. Fotoqraf çıxışında deyib ki, qadağan olunmuş əraziyə getməyi bir neçə il öncə planlaşdırırmış:

“2 aya yaxın özümü psixoloji hazırladım, fevral ayında getmək qərarını verdim. Səfərim 2 gün çəkdi, çox maraqlı, riskli, gərginliklə dolu günlər yaşadım. Bəzi ərazilərə ildən-ilə radiasiyanın çoxluğu səbəbindən girişə qadağan qoyulub, lakin bələdçidən xahiş etdim ki, icazə versin. Bələdçinin bəzi ərazilərin arzuolunan olmadığını desə də, mən qadağalara əks gedirdim, çəkməsəydim rahat olmayacağımı bilirdim. Bələdçi seçimi mənə buraxır və elə məkanlara özü daxil olmurdu. “Pripyat” şəhəri həddindən artıq vahiməlidir. Mən orda 3 hava şəraiti ilə qarşılaşdım. Qar, yağış və günəşli hava. Səfər mənim üçün həm riskli, həm də zövqverici idi. Ora getməklə mənəvi olaraq qidalandım”

Sərgidə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Çernobl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov və digərləri çıxış edərək o dəhşətli günlərdi yada salıblar.

Xatırladaq ki, minlərlə insanın ölümünə, böyük bir ərazinin radiasiya ilə geriyədönməz şəkildə çirklənməsinə səbəb olan Çernobıl faciəsi 1986-cı ilin 26 aprelində, Ukraynanın paytaxtı Kiyevin yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasındakı 4-cü reaktorda partlayış olması nəticəsində baş vermişdi.




























Açar sözlər:

Oxunub: 4886


Oxşar xəbərlər