Tut ağacından yıxılaraq öldü


00:29     16 İyun 2015 1408361356_7691.jpg

Gəncədə bədbəxt hadisə baş verib.

Femida.az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Eldəniz Quliyev tut yığmaq məqsədi ilə yaşadığı evin yaxınlığındakı ağaca çıxıb.

Ehtiyatsızlıqdan yerə yıxılan 63 yaşlı kişi ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, E. Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1347