Tiflisdə ölənlərin sayı 15-ə çatdı


04:34     16 İyun 2015 159188_0.jpg

Qonşu Gürcüstandakı təbii fəlakət nəticəsində ölənlərin sayı artıb.

Femida.az-ın məlumatına görə, növbəti daşqın qurbanı xilasedicidir. Onun cəsədi parkda aşkarlanıb. Həmin şəxsin məhz xilasetmə işlərində iştirak edərkən boğularaq öldüyü bildirilir.

Bununla vəfat edənlərin ümumi sayı 15-ə çatıb.

Qeyd edək ki, Tiflisdə iyunun 14-də keçən gecə baş vermiş güclü daşqın nəticəsində yaşayış binalarına və yollara ciddi ziyan dəyib. Tiflis zooparkı tamamilə dağılıb və heyvanlar küçələrə çıxıblar.

Açar sözlər:

Oxunub: 876