ABŞ Dövlət Departamenti: “Rusiya Krımdan çıxmalıdır”


06:00     16 İyun 2015 ddfc96fc-4492-41e4-95d1-a8d084eeeb01.jpg

“ABŞ digər ölkələr kimi Krımın işğalını qanunsuz hesab edir”.

Bu açıqlama ilə ABŞ Dövlət katibi Con Kerrinin köməkçisi Viktoriya Nuland çıxış edib.

Onun sözlərinə görə, bu addım Ukraynanın ərazi bütövlüyünün pozulmasıdır:

“Əgər Rusiya hər şeyi həll etmək istəyirsə o özü Krıma gətirdiyi gücləri geri aparmalıdır. Moskva heç vaxt Ukrayna ilə danışıqlar məsələsindən istifadə etməyib. SSRİ dağıldıqdan sonra belə Rusiya öz iqtisadi maraqlarını qoruya bilmək üçün Krımda ordu saxlayırdı. Əgər Rusiya əvvəlki konsepsiyaya qayıtmaq istəyirsə, o zaman Ukrayna torpaqlarını geri qaytarmalıdır”.

Açar sözlər:

Oxunub: 837