Gürcü nazir Zakir Həsənova zəng etdi - Qarabağa görə


15:08     29 Aprel 2016 gurcu%20nazir.jpg

Gürcüstan müdafiə naziri Tina Xidaşeli azərbaycanlı və erməni həmkarlarına telefonla zəng edərək onlarla Dağlıq Qarabağa münaqişə zonasında vəziyyəti müzakirə edib.


Bu barədə Femida.az Gürcüstan müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Gürcüstan müdafiə naziri Tina Xidaşeli azərbaycanlı və erməni həmkarlarına telefonla zəng edərək Dağlıq Qarabağ münaqişə zonasında vəziyyəti müzakirə edib. Tina Xidaşeli cəbhədə atəşkəsin əldə olunacağına və prosesin danışıqlar masasına qayıdacağına ümid etdiyini bildirib”, - deyə məlumatda qeyd olunur.

Nazirin sözlərinə görə, regionda sabitlik Gürcüstan üçün həyatı əhəmiyyətə malikdir və beynəlxalq birlik vəziyyətin gərginləşməsinin qarşının alınması üçün təbirlər görməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1778