“Əl-Qaidə“ lideri MƏHV EDİLDİ


14:16     16 İyun 2015 el%20q.jpg

“Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun lideri Nasir Əl-Vahişi ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində məhv edilib.


Femida.az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

“Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının lideri həmçinin, ümumilikdə, təşkilatın ikinci siması olub, daha əvvəl isə Üsamə Ben Ladenin şəxsi katibi olub.


Qeyd edək ki, bundan əvvəl ABŞ hərbçiləri “Əl-Qaidə” ilə yaxın əlaqəsi olan “Əl-Murabitun” terror qruplaşmasının lideri Moxtar Belmoxtarı məhv etməyə müvəffəq olublar.

Açar sözlər:

Oxunub: 868


Oxşar xəbərlər