“Ermənilərin hədəfinə çevrilmişik” - Yaralı ağdamlı


16:24     29 Aprel 2016 cdd14.jpg

Ermənilər Azərbaycan kəndlərini mütəmadi atəşə tutur.


Bunu jurnalistlərə açıqlamasında aprelin27-dən 28-ə keçən gecə Ağdam rayonunun Qaradağlı kəndində ağır yaralanan kənd sakini Elgiz Qarayev deyib.

O bildirib ki, düşmən Azərbaycanın təmas xəttində yerləşən kəndlərini hədəfə alıb: "Kəndimiz ermənilər tərəfindən qəfil atəşə tutmağa başladı, Erməni tərəfi Azərbaycan tərəfində mülki şəxslərə qrad, top, minaatan və raketlərdən atəşə tutub. Mülki əhalini və evləri mütəmadi atəşə tuturlar. Erməni tərəfi atəşkəsə heç vaxt riayət etmir. Biz mülki şəxslər ermənilərin hədəfinə çevrilmişik. Buna son qoyulmalıdır"./trend/

Femida.az

Açar sözlər:

Oxunub: 1485