Xəbərdarlıq - Sabah leysan olacaq


03:15     30 Aprel 2016 1445850895_meteoroloji-den-kuvvetli-yagis-uyarisi-49127_14.jpg

Aprelin 30-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-14 dərəcə isti, gündüz 15-20 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacaq.

Aprelin 30-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 9-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Açar sözlər:

Oxunub: 2125