“Haqqın, ədalətin yanında olmalısınız” - Bahar Muradova


17:27     29 Aprel 2016 20bahar.jpg

“Azərbaycan heç kimə sübut etməli deyil ki, bizim nəyə haqqımız var və ya yoxdur. Bunu ancaq beynəlxalq hüquq müəyyən edir. Ölkələrin həm vəzifələri, həm də öhdəlikləri var”.


Femida.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Vitse-spiker bildirib ki, hər bir dövlətin iqtidarının ilk öhdəliyi xalqın təhlükəsizliyini təmin etməkdir.

“Azərbaycan öz vəfizələrini və öhdəliklərini çox gözəl bilir və zamanında tarazlaşdırılmış addımlar atır. Təkcə ölkədə yox, eləcə də beynəlxalq aləmdə reallıqlar, münasibətlər, yanaşmalar dəyişməkdədir. Bəzi hallarda onun ifadə, təzahür forması bizi qane etməsə də, şüurlarda, düşüncələrdə, yanaşmalarda bu dəyişikliyi hiss etməkdəyik. Bunu bizə iştirak etdiyimiz beynəlxalq təşkilatlarda insanlar deyir”.

Sədr müavini qeyd edib ki, əsas məsələ xalqın özünə qayıtmış inamı və gücüdür: “Cəbhədə baş verən son hadisələrdə bunu bariz şəkildə görmək olar. Bu, təbii ki, orduya, dövlətə olan inamdır”.

B.Muradova bildirib ki, beynəlxalq təşkilatlara edilən çağırışların ruhu fərqli olmalıdır: “Onlara deməliyik ki, siz, haqqın, ədalətin yanında olmalısınız. Biz bu gün dünyada əmin-amanlığın, sülhün ədalətli şəkildə təmin olunmasının tərəfdarıyıq. Fəaliyyətimizi daha da genişləndirməliyik. Bu məsələdə mətbuatın üzərinə ciddi vəzifə düşür.

Azərbaycan ordusu, onun hərbi sursatı və digər məlumatları yalnız Müdafiə Nazirliyinin rəsmi mövqeyinə istinadən vermək lazımdır. Əlbəttə, bizim hər birimizin ürəyindən keçir ki, təmas xəttinə gedək, onlarla görüşüb şəkil çəkdirək, hətta bayrağımızın dirəyindən yapışıb “selfie” çəkdirək. Bunları edə bilərik, etməliyik. Amma bəlkə də bu günün vəzifəsi deyil. Ona görə də təmas xəttində olan insanların xahişlərini sizlərə çatdırmaq istəyirəm ki, gücümüz çatan işlərlə məşğul olaq”.

Açar sözlər:

Oxunub: 747


Oxşar xəbərlər