Rusiyadan Gürcüstana yardım əli
14:36 16 İyun 2015
Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Vladimir Puçkov bildirib ki, rəhbərlik etdiyi qurum növbəti dəfə daşqından ziyan çəkmiş Gürcüstana öz köməkliyini təklif edib.
Femida.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 130 rusiyalı xilasedici fəlakət zonasına dərhal yollanmağa hazırdır.
Bundan əvvəl Gürcüstan təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında Rusiyanın yardım təklifini nəzərə alacağını bildirmişdi.
“Mən dünən gürcü həmkarım ilə əlaqə yaradaraq xilasetmə əməliyyatının aparılmasına dair bütün məsələləri müzakirə etdim. Mən başsağlığı verərək növbəti dəfə Rusiyanın köməyini təklif etdim”, deyə Puçkov jurnalistlərə bildirib.
Puçkov qeyd edib ki, Rusiyadan fəlakət zonasına iki “İl-76” tipli təyyarə və daşqın fəsadlarının aradan qaldırılmasında böyük təcrübəyə malik 130 xilasedici yollanmağa hazırdır.
“Biz hələ ki gürcü həmkarlarımızdan cavab gözləyirik”, deyə Rusiya FHN-nin rəhbəri bildirib.
Oxunub: 764
Oxşar xəbərlər
- Rusiyadan Qərbə donuz embarqosu
- Rusiyadan Ermənistana 100 milyonluq kredit - Silah alınacaq
- Rusiyadan Azərbaycana narkotik keçirmək istədi
- Rusiyadan Azərbaycana yeni aviareys açılacaq
- Rusiyadan gətirilən silahlar sınaqdan keçirilib - FOTO
- Rusiyadan qonaq gələn qız özünü asdı
- Rusiyadan İrana quş əti qadağası
- Rusiyadan əsgərimizin meyitinin qaytarılmamasına MÜNASİBƏT
- Rusiyadan daha bir Suriya açıqlaması
- Rusiyadan ABŞ-a təbrik məktubu