7 ermənini öldürən Permyakov danışdı


01:18     30 Aprel 2016 106480_src0.jpg

2015-ci ildə Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsinin 7 üzvünü güllələyən rus əsgəri Valeri Permyakovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iclas Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində baş tutub.

Permyakov ifadəsində qətli törətməsinin səbəbini açıqlayıb. O, uşaqları səs-küyə görə öldürdüyün bildirib.

“Səs-küy var idi, uşaqlar ağlayırdılar, həyətdə də it hürürdü. Onları öldürdüm ki səsləri kəsilsin”, - Permyakov deyib.

Qeyd edək ki, Permyakov 2015-cilin yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. O, 19 yanvarda dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 3424