Millimizin növbəti 3 rəqibi müəyyənləşdi


03:06     30 Aprel 2016 429913.jpg

Bu il Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatında iştirak edəcək daha üç komandanın adına aydınlıq gəlib.


Femida.az xəbər verir ki, bunlar Misir, Mərakeş və Mozambik yığmalarıdır.

Dünya çempionatında iştirak edəcək 24 komandan 20-si artıq bəllidir. Daha öncə Avstraliya, İran, Tayland, Özbəkistan, Vyetnam, Solomon adaları, Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Rusiya, Qazaxıstan, Azərbaycan, Ukrayna, Portuqaliya, İspaniya və İtaliya mundiala vəsiqə əldə etmişdi.

Hazırda DÇ-2016-nın sadəcə, dörd iştirakçısının adına aydınlıq gəlməyib. Onların hamısı Şimali Amerikanı təmsil edəcək.

Kolumbiyanın üç şəhərində təşkil olunacaq dünya çempionatın sentyabrın 10-dan oktyabrın 1-nə qədər davam edəcək.

Açar sözlər:

Oxunub: 1437