II Avropa Oyunları Türkiyədə keçiriləcək?


14:44     16 İyun 2015 e9c1011797e2caf9d5fbc1c059498a05.jpg

Bu barədə Avropa Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü, Türkiyə Milli Olimpiyada Komitəsinin sədr müavini Hasan Arat bəyan edib.


2019-cu ildə Türkiyə Avropa Oyunlarına ev sahibliyi edə bilər. Femida.az-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü, Türkiyə Milli Olimpiyada Komitəsinin sədr müavini Hasan Arat bəyan edib.

O, Avropa Olimpiya Komitəsinin də bu məsələyə müsbət baxacağına ümidvar olduğunu bildirib: “Tək İstanbul deyil, Mərsin və Antalyada da hazır təsisatlarımız var. Türkiyə istəsə, Avropa oyunlarını ən aşağı maliyyə ilə həyata keçirə bilər. Lakin son qərar siyasətçilərindir”.

Bakıda Avropa oyunlarının keçirilməsinin ən mükəmməl şəkildə həyata keçirildiyini deyən Hasan Arat bu oyunların illər keçdikcə daha böyük önəm kəsb edəcəyinə inandığını bildirib.

Qeyd edək ki, 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının Hollandiyada keçirilməsi nəzərdə tutulsa da, "Zanbaqlar ölkəsi" bir müddət əvvəl bundan imtina edib.


Açar sözlər:

Oxunub: 798