Prezidentin ailəsi məzun buraxılışı tədbirində - FOTOLAR


14:37     30 Aprel 2016 mezun%20tedbiri%2030%20(3).jpg

Aprelin 29-da “Gülüstan” sarayında “ADA” Universitetinin məzun buraxılışı və “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Femida.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

“ADA” Universitetinin məzun buraxılışı daha bir vacib ənənə ilə üst-üstə düşdü - “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi. Bu gün həm də “ADA” Universiteti milli təhsilimizdə göstərdiyi xidmətin 10 illik yubileyini qeyd edib.



Tədbir Azərbaycan Dövlət bayrağının salona gətirilməsi ilə başlandı. Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Məzunlara diplomlar təqdim edilib.

Rektor Hafiz Paşayev məzunları təbrik edib.



Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib. Məzunları və valideynləri təbrik edən Mehriban Əliyeva ölkəmizdə təhsil sahəsinə göstərilən diqqətdən danışdı. Hər bir ölkənin, millətin gücünün onun intellektual potensialında olduğunu deyən Azərbaycanın birinci xanımı ölkəmizin bütün sahələrdə inkişaf etdiyini bildirib.

Tədbirdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səslənib.

Mərasim atəşfəşanlıqla yekunlaşıb.

Qeyd edək, Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev də “ADA” Universitetində təhsil alır və tədbirdə o da iştirak edib.









Femida.az

Açar sözlər:

Oxunub: 2034