İdmançılarımız finalda-CANLI YAYIM


16:58     16 İyun 2015 showpic_el100%20(1).jpg

Bakı-2015 I Avropa Oyunlarının V günündə 11 idman növündə yarışlar keçirilir.


Femida.az xəbər verir ki, qadın güləşçilərimiz bu gün də mübarizəni davam etdirir.

Qadınlar, sərbəst güləş
58 kq
Bu çəkidə ölkəmizi təmsil edən İrina Netraba yarışa ilkin mərhələdən start verib. Avropa çempionatının finalçısı italiyalı idmançı Karola Raynero ilə gücünü yoxlayıb.

*** O, 1/8 finalda Mimi Xristova (Bolqarıstan) ilə güləşib. Bu qarşılaşma da birincinin ssenarisi ilə davam edib. İlk hissədə 2:4 hesabı ilə geridə olan İrina yekunda rəqibini 6:4 hesabı ilə məğlub edib. O, yarımfinalda macarıstanlı Emese Barkanı sınağa çəkəcək.

***63 kq
Yığmamızın üzvü Elmira Qəmbərova birinci görüşünü Henna Yohanssona (İsveç) qarşı keçirib. 21 yaşlı idmançımız startdaca məğlubiyyətə üzülüb. 4:0 hesabı ilə qalib gələn Yohansson finala yüksələrsə, Qəmbərova təsəlliverici görüşlərə qatılacaq.

***75 kq
Yığmamızın liderlərində olan Gözəl Zutova ilk cəhddəcə məğlubiyyət acısı yaşayıb. Startda güclü Oksana Vaşçukla (Ukrayna) üz-üzə gələn həmyerlimiz 2:4 hesabı ilə uduzub.


***
53 kq
Bu çəkidə ölkəmizi təmsil edən Anjela Doroqan yarışa 1/8 finaldan qoşulub. İlk döyüşündə türkiyəli Merve Kengerlə üz-üzə gələn idmançımız rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 8:2. O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üz-üzə gəlib və bu qarşılaşmanı da üstün bitirib - 4:0. Anjela finala gedən yolda rumıniyalı Natalya Budunu xalçaya dəvət edəcək.

***Qadınlar taekvando
49 kq
Qadınlardan ibarət yığmamızın heyətində Oyunlara Patimat Abakarova start verib. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı rusiyalı Aleksandra Liçaqina ilə münasibətdə 7-1 hesabı ilə qalib ayrılıb.

***
Kişilər taekvando
58 kq

Bu çəkidə ölkəmizin idman şərəfini Məhəmməd Məmmədov qoruyub. Gənclər arasında Avropa çempionu ilk görüşündə israilli Gili Haimovits ilə münasibətdə qalib ayrılıb.









Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1324