Hicran Hüseynova problemləri dinlədi


20:59     30 Aprel 2016 hicran0.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.


Femida.az -ın xəbərinə görə, qəbul cədvəlinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova aprelin 30-da Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Tovuz, Qazax, Ağstafa, Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda Komitə sədri vətəndaşların fikir və təkliflərini dinləyib. Vətəndaşlar əsasən erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma, sağlamlıq məsələləri ilə əlaqədar müraciətlər ediblər. Müraciətlərin bir çoxu elə yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb.

Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova, həmçinin Tovuz rayonunun fəal qadınlarının bir qrupu ilə görüşüb.

Açar sözlər:

Oxunub: 1448