Özümü ən bədbəxt insan kimi hiss edirdim-Həsən Əliyev


16:24     16 İyun 2015 11109166_946188938759066_2937671249418184657_o7.jpg

Bakı 2015-in yarımfinalında erməni rəqibinə uduzan pəhləvanımız ona verilən dəstəkdən söz açıb.


Femida.az-ın məlumatına görə, Dünya və Avropa çempionumuz Həsən Əliyev finala vəsiqə qazana bilməməsi və erməni idmançıya məğlub olmasına görə təəssüflənsə də, ona olan dəstəyə görə xoşbəxt olduğunu bildirib.

İdmançımız bu barədə hisslərini sosial şəbəkədə yazdığı postda qeyd edib: "Sözün əsl mənasında deməyə ifadə tapmıram. Bir onu deyə bilərəm ki, mənə layiq olmadığım dəyəri verdiniz, layiq olmadığım işi etdiniz. Buna görə millətim qarşısında baş əyirəm. Bir gün əvvəl özümü ən bədbəxt insan kimi hiss edirdim, bu gün məni ən xoşbəxt insan etdiniz. Bu yaxşılığın qarşısını sadəcə Allah verə bilər, mən acizəm!"

Mükafatlandırma zamanı başını aşağı salan idmançımızın bu görüntüsü sosial şəbəkə istifadəçiləri tərəfindən skrinşot edilərək "basinidiktut" heşteqi ilə paylaşılıb və pəhləvanımıza ruhdan düşməmək məsləhət görülüb.

Qeyd edək ki, 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb - 3:0. Yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşan Həsən 3:0 hesabı ilə öndə olsa da üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1717


Oxşar xəbərlər