Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür


13:30     01 May 2016 xtq-az-2.jpg

Aprelin 30-u Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasından 17 il ötür.


Femida.az -ın xəbərinə görə, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə yaradılıb. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri (Bordo Berelilər) müstəsna rol oynayıb. Bundan başqa Azərbaycan xüsusi təyinatlıları Pakistan, ABŞ və digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edirlər. Ötən dövrdə Azərbaycan xüsusi təyinatlıları dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda ilk yerlərə çıxıblar.

Hər il Azərbaycan və Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin şəxsi heyətinin iştrakı ilə birgə təlimlər keçirilir.

Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və Qarabağ cəbhəsində son illərdə həyata keçirdiyi əməliyyatlarda Ermənistan Ordusu ağır tələfatlara uğradılıb. Düşmənin çox sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilib.

Son olaraq aprel ayında baş verən 4 günlük döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri də iştirak edib. Döyüşlər zamanı şəhidlər verilsə də qarşıya qoyulan tapşırıqlar icra olunub.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir.

Açar sözlər:

Oxunub: 6008