Bakıda məcburi köçkün qətlə yetirilib


16:46     16 İyun 2015 bıçaq8.jpg

Femida.az-ın məlumatına görə, hadisə Xətai rayonu ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.


Ağdam rayonundan məcburi köçkün olan, 1960-cı il təvəllüdlü Xoştərov Malik Abdulla oğlu aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1958-ci il təvəllüdlü Zahid Əşrəf oğlu Abbasovu bıçaqlayaraq qətlə yetirib.


Hadisəni törədən M. Xoştərov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 954