Keniya hökuməti 100 ton fil sümüyü yandırdı


15:33     01 May 2016 f74338a5c1997ff3e366bb48821bea78.jpg

Keniya hökuməti 105 ton fil sümüyü və bir tondan çox kərgədan buynuzunu qara bazarda müsadirə edərək, yandırılmağına qərar verib.


Femida.az xəbər verir ki, bu barədə məlumat “France Press” agentliyində yer alıb.

Bu tədbir qiymətli fil dişi və buynuzların qanunsuz ticarətinə qarşı yönəldilib. Heyvanların müdafiəçiləri bu yolla fillərin və kərgədanların qanunsuz yolla ovlanmasına diqqəti yönəltməyə çalışırlar.

Yandırılan fil sümüklərinin qiyməti 100 milyon dollardan, buynuzların qiyməti isə 80 milyon dollardan yuxarıdır. Hər il Afrikada fil sümüyünə görə 30 mindən çox heyvan öldürülür. Qitədə bütünlüklə 450-500 min fil yaşayır.

Femida.az

Açar sözlər:

Oxunub: 2048