Bu gün I sinfə qəbul imtahanları başlayır


16:23     15 Aprel 2015 sii.jpg

Seçim üçün müsabiqələr mayın 15-dək həyata keçiriləcək.

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara seçim üçün müsabiqələr (imtahanlar) bu gündən başlayır.

Femida.az bildirir ki, seçim üçün müsabiqələr mayın 15-dək həyata keçiriləcək.

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən müəssisələr, lisey və gimnaziyalarda bu gün başa çatıb. Ümumtəhsil məktəblərinə isə elektron ərizələrinin qeydiyyatı qəbulu iyulun 1-dən 31-dək aparılacaq.

Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.

Tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.

Qeyd edək ki, Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 641