Azərbaycan idmanına ağır itki


16:55     16 İyun 2015 1434434755_10494920_10153401908178518_7436865960309774114_o.jpg

O güləş idman növündə ən yüksək sayılan "E" kateqoriyasını alıb.
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.


Femida.az xəbər verir ki, sərbəst güləş və sambo üzrə idman ustası, Azərbaycanın əməkdar məşqçi Oqtay Hüseynov 69 yaşında dünyasını dəyişib.

Tanınmış idman mütəxəssislərindən biri olan Oqtay Qulam oğlu Hüseynov 1946-cı il iyul ayının 23-də Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnsitutunun güləşmə və onun metodikası fakültəsini bitirən O.Hüseynov hələ tələbəlik illərindən əvvəl sərbəst güləş üzrə Respublika Olimpiya İdman Liseyində məşqçi-müəllim kimi çalışıb. Mərhum idman mütəxəssisi ömrünün sonuna qədər həmin idman ocağında fəaliyyət göstərib.

Qeyd edək ki, O.Hüseynov 1991-ci ildən FİLA referisi kimi Sidney və Atlanta Olimpiya oyunlarının, 14 dəfə dünya çempionatının, 22 beynəlxalq turnirin hakimi olub, 1998-ci ildə isə güləş idman növündə ən yüksək sayılan "E" kateqoriyasını alıb.

Bütün bu uğurların məntiqi nəticəsi olaraq O.Hüseynov 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən idmanın inkişafındakı xidmətlərinə görə, Azərbaycanının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, 2002-ci ildə isə "Tərəqqi" medalına layiq görülüb. 2001-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti olub.

Allah rəhmət eləsin

Açar sözlər:

Oxunub: 910