“Məni əmək müqaviləsi bağlamadan işlətdilər” - Ucardan şikayət


20:17     02 May 2016 20160430_123645-240x400.jpg

Femida.az-a Ucar rayonu Ş.İ.Xətai küçəsi ev 47 sakini Xəlilov Elşən Şahmar oğlu tərəfindən müraciət daxil olub.Vətəndaş müraciətində 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin işindən narazılığını bildirib.Müraciəti ixtisarla təqdim edirik:


“15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Elçin Əliyevin yaratdığı şəbəkəsinə görə Ucar, Ağdaş və Zərdab Ucar rayon sakinlərinin əmək hüquqları kobud şəkildə pozulur, əməyi istismar edilir. Ucar rayon ərazisində yerləşən ” Ucar Aqro” MMC-ni (mərcan broyler) mühəndis şöbəsinin müdiri Hamiz Arif oğlu Məmmədov məni əmək müqaviləsi bağlamadan işlədib . Mən bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova etdiyim şikayət ərizələrim araşdırılması üçün 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilsədə oranın müdiri Elçin Əliyev öz şəxsi maraqlarını dövlət qanunlarından ali tutaraq saxta araşdırma aparıb heç bir tədbir görmək istəmir.

Şikayətimin araşdırılmasını 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə yönəltməyə çalışır ki, bu tam qanunsuzluqdur. Mən şikayət ərizəmlə əlaqədar izahatımda göstərmişəm ki, həm Ucar rayon Qazqumlaq kənd ərazisində yerləşən yetişdirmə sexində işləmişəm, həm də Ucar rayon Alpoud kənd ərazisində yerləşən “Ucar-Aqro” MMC-də işləmişəm.” Ucar-Aqro” MMC-də məni işə dəvət edən mühəndis şöbəsinin müdiri Hamiz Məmmədov olub ki, bunu təsdiq edən mötəbər sübutlarım var. 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müdiri Elçin Əliyev mənə dedi ki, sən “Ucar-Aqro” MMC-də işləməyini və Hamiz Məmmədovun adını izahatında yazma” Azpod” MMC-də işləməyini və sənə oranın işçisi Namiqin pul borclu olduğunu yaz. Belə olanda sənin pulunu verəcəklər”.

Mən də Elçin Əliyevə inanıb belə yazmışam. Fakt və sübut var ki, Namiq adlı şəxsin təklifi ilə həm 4 ay “Azpod” MMC-də elektirik işləri görmüşəm, Hamiz Məmmədovun dəvəti ilə də həm də ” Ucar-Aqro” MMC-də 3 ay elektirik işləri görmüşəm. Heç biri də məni əmək müqaviləsi bağlamadan işlədiblər. Mənə pul borclu olanda Hamiz Məmmədovdur.

Onuda qeyd edim ki, 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müdiri Elçin Əliyev izahatı məndən barəsində şikayət etdiyim Hamiz Məmmədovun yanında aldı. Onlar yaxın dostdular, buna görə də mən süründürməçiliyə məruz qalmışam. Heç bir qanunu tədbirlər görülmür.

Mətbuat vasitəsi ilə də Sizdən xahiş edirəm şikayət ərizəmi komissiya təşkil edib obyektiv araşdırıb 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müdiri Elçin Əliyevin , ” Ucar-Aqro” MMC-nın və “Azpod” MMC-nin barəsində qanunu tədbir görəsiniz. Elçin Əliyev yarıtmaz, qanunsuz fəaliyyəti ilə tutduğu vəzifədən kənarlaşdırılmalı və cinayət məsuliyyətinə cəlb edilməlidir. Xahiş edirəm köməklik edəsiniz”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 2249